Tonali dönməyə hazırdır
“Milan”ın futbolçusu Sandro Tonali zədədən sonra meydana qayıtmağa hazırdır. Yarımmüdafiəçi növbəti oyunda “rossonyeri”nin formasını geyinə bilər.
Milanın eyniadlı təmsilçisi A seriyasının VIII turunda “Empoli” ilə qarşılaşacaq. Bu matç oktyabrın 1-də baş tutacaq.
Qeyd edək ki, Sandro cari mövsüm A seriyasında 6 oyuna çıxıb.