Tonali 10 aylıq cəza ilə razılaşdı

Tonali 10 aylıq cəza ilə razılaşdı

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalinin durumuna aydınlıq gəlib. Onun vəkilləri müqavilə bağlamaq üçün İtaliya Futbol Federasiyası prokurorluğunun nümayəndələri ilə görüşüblər.

Futbolçu 10 aylıq diskvalifikasiya müddəti ilə razılaşıb. Bu barədə yaxın saatlarda rəsmi məlumat veriləcək.

Tonalinin diskvalifikasiya ediləcəyi təqdirdə “Nyukasl”ın “Milan”ı məhkəməyə verəcəyi daha əvvəl bildirilmişdi.

ETOPAZ

Əvvəlki yazı

PSJ-də uzunmüddətli müqavilə

Növbəti yazı

Günün kuponu – 27.10.2023