Tomori Premyer Liqa klublarının hədəfində
“Milan”ın müdafiəçisi Fikayo Tomori Premyer Liqa klublarının diqqət mərkəzinə düşüb. 25 yaşlı ingiltərəlinin xidmətində “Arsenal”, “Mançester Yunayted” və “Nyukasl” maraqlıdır.
Müdafiəçinin özü də Premyer Liqaya qayıtmağın əleyhinə deyil. Bunun mütəmadi olaraq milliyə çağırılmasına kömək edəcəyinə inanır.