Tomas Tuxel: “Qışda transferlərin necə çətin olduğunu bilirəm”
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel klubun niyyətlərindən danışıb. O, Münhen təmsilçisinin qış transfer pəncərəsi ilə bağlı planlarından söz açıb:
“Heyətdəki futbolçularla imzaların yanvarın 2-dən əvvəl tamamlanmasını istəyirdik. Bu, mümkün olmadı. Lakin bir problem görmürük. Biz sakitik, şəxsən mən də sakitəm. Çünki qışda transferlərin necə çətin olduğunu bilirəm. Çempionlar Liqasında çıxış edən klubların öz məqsədləri var. Daha güclü olmağımıza kömək edəcək futbolçu axtarırıq”.
Qeyd edək ki, “Bavariya” Almaniya çempionatının turnir cədvəlində ikinci yerdədir. Tomas Tuxelin yetirmələri 15 oyunda 38 xal toplayıb.