“Toluka” de Yonqdan şikayət edəcək

“Toluka” de Yonqdan şikayət edəcək

“Toluka” “Sevilya”nın hücumçusu Luk de Yonqdan şikayət edəcək. Meksika klubu Niderland millisinin üzvü ilə bağlı FIFA-ya müraciət etmək qərarına gəlib.

Məsələ burasındadır ki, “Sevilya” ilə “Toluka” forvardın 5 milyon avroya transferi üçün razılaşıblar. Hətta de Yonq özü də buna müsbət cavab verib. Lakin sonradan bu variantdan imtina edib. 32 yaşlı qolçu ilin sonunda Qətərdə keçiriləcək dünya çempionatına yollanmaq üçün Avropada qalmaq qərarına gəlib.

Meksikalıların isə əlində de Yonqun nümayəndəsi tərəfindən imzalanmış sənəd var. Bu üzdən klub FIFA-ya şikayət edəcək. Əgər onlar bu faktı təsdiqləyə bilsələr, futbolçu müqavilənin pozulmasına görə təzminat ödəməli olacaq.

Qeyd edək ki, Luk de Yonq ötən mövsüm icarə əsasında “Barselona”da çıxış edib.

e-Topaz

Əvvəlki yazı

Ronaldonun avtomobili qəzaya uğradı

Növbəti yazı

Umtiti “Barselona”dan ayrılır