Tite qarət olundu
Braziliya millisinin sabiq baş məşqçisi Tite qarət olunub. Hadisə Rio-de-Janeyroda baş verib.
Cinayətkar 61 yaşlı mütəxəssisin boynundakı qızıl zənciri alıb. Qarətçi Titenin yığmanın baş məşqçisi olduğunu biləndən sonra Braziliya yığmasının DÇ-2022-dəki uğursuz çıxışından narazılıq da edib.
Qeyd edək ki, Tite DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzduqdan sonra postundan ayrılıb.