Tite postundan getdi
DÇ-2022 daha bir milli komandanı baş məşqçisiz qoyub. Braziliya yığmasının çalışdırıcısı Tite istefa verib.
O, DÇ-2022-nin 1/4 finalından sonra bu addımı atıb. Xorvatiyaya uduzaraq (1:1, pen. 2:4) mübarizəni dayandıran yığma baş məşqçisiz qalıb.
Qeyd edək ki, Tite 2016-cı ildən bu vəzifəni tuturdu.