Tirni Şotlandiyaya qayıdır

Tirni Şotlandiyaya qayıdır

“Arsenal”ın müdafiəçisi Kiran Tirni komandadan ayrılacaq. O, karyerasını ölkəsində davam etdirəcək.

Şotlandiyalı futbolçu “Seltik”ə keçəcək. Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. İngiltərə klubu ilə 6 aylıq müqaviləsi qalan 27 yaşlı sol cinah müdafiəçisi yaxın günlərdə “ağ-yaşıllar”a qoşulacaq.

Qeyd edək ki, Kiran Tirni “Seltik”in yetirməsidir.

ETOPAZ

Əvvəlki yazı

Disasi Türkiyə nəhənginin hədəfində

Növbəti yazı

Modriçdən növbəti uğur