Timo Verner MLS klubunda
“Leypsiq”in hücumçusu Timo Vernerin gələcəyinə aydınlıq gəlib. Almaniyalı forvard ABŞ-nin “San-Xose Ertkveyks” komandası ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, MLS təmsilçisi 29 yaşlı oyunçu ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Timo Verner karyerası ərzində “Ştutqart”, “Çelsi” və “Tottenhem” klublarının da formasını geyinib.












