Timdən imtina
Dünyanın sabiq üçüncü raketkası Dominik Tim Uinston-Seylemdə keçiriləcək turnirdə oynamayacaq. Avstriyalı tennisçi ATP-250 səviyyəli yarışa qatılmaqdan imtina edib.
Onun imtinasına sağlamlığındakı problem səbəb olub. Qastroenteritdən əziyyət çəkən tennisçi turniri buraxmağa qərar verib. Onu yarışda ABŞ təmsilçisi Omni Kumar əvəzləyəcək.
Qeyd edək ki, turnir avqustun 20-28-də keçirilir. Yarışın mükafat fondu 760 min 930 dollardır.