Tim yenə uduzdu
Dominik Tim Mayamidəki “Masters”ə məğlubiyyətlə başlayıb. O, Lorenso Soneqoya uduzub – 7:6(7), 6:2.
Tim 2023-cü ildə keçirdiyi 10 matçda 9 dəfə məğlub olub. Avstriyalı ardıcıl 5 oyunda yenilib.
Reytinqdə 106-cı yerə qədər yuvarlanan Dominik Eştorildə də mübarizə aparacaq.