Tim Təl-Əviv turnirində

Tim Təl-Əviv turnirində

Dünyanın sabiq üçüncü raketkası Dominik Tim Təl-Əvivdə təşkil olunacaq turnirdə iştirak edəcək. ATP250 səviyyəli yarış sentyabrın 26-da keçiriləcək. Dominikə burada iştirak üçün vild card verilib.

İsrail paytaxtındakı turnir 1996-cı ildən sonra ilk dəfə təşkil olunacaq. Buna Çindəki yarışların ləğvi səbəb olub.

Tim bu həftə Sinsinattidə keçirilən yarışı buraxmalı olub. Gələn həftə isə Uinston Salemdə korta çıxacaq.

e-Topaz

Əvvəlki yazı

“Bayer”in hücumçusu İtaliya klubunda

Növbəti yazı

Vardidən yeni müqavilə