Tilemans: “Hər iki komanda topla oynamağı xoşlayır”
AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan – Belçika oyunundan öncə qonaqların mətbuat konfransı keçirilib. Belçika millisinin futbolçusu Yuri Tilemans sabah Bakıda keçiriləcək matç barədə fikirlərini açıqlayıb:
“Hazırlıq səviyyəm yaxşıdır. Klubumda da oyunlarda oynayırdım. Meydanın keyfiyyəti hər iki komanda üçün eynidir. Məncə, həm biz, həm də Azərbaycan üçün çətin olacaq. Nəzərə alsaq ki, hər iki komanda topla oynamağı xoşlayır. Ona görə də çətinliyi gözləmək olar. Kevin De Bruynenin olmamasına gəlincə, doğrudur, çətindir. Amma komandamızda kifayət qədər yaxşı futbolçularımız var. Onlarla birlikdə hücumda fürsətlər yaratmağa çalışacağıq. Cavanlar da məşqlərdə hər şeyi edirlər ki, əsas heyətə düşsünlər. Məşqlərimiz intensiv şəkildə keçir. Hər kəs əsas heyət uğrunda oynayır”.