Tiaqo Silva “Porto”da
“Fluminense”dən ayrılan Tiaqo Silva Avropaya qayıdıb. Braziliyalı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
Silva “Porto” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Tərəflər istəsələr, sözləşmənin müddətini daha 1 il uzada bilərlər.













