Tiaqo Silva komandanı tərk etdi

Tiaqo Silva komandanı tərk etdi

“Fluminense” kapitanı Tiaqo Silva ilə yollarını ayırıb. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Braziliyalı futbolçu Avropaya qayıtmağı planlaşdırır.

Qeyd edək ki, Tiaqo Silva 2024-cü ilin yayında “Çelsi”dən ayrıldıqdan sonra azad agent kimi “Fluminense”yə keçmişdi.

ETOPAZ

Əvvəlki yazı

Levandovski üçün yeni variant

Növbəti yazı

İlin klubu adına namizədlər açıqlandı