Teytum tarixə düşdü
“Boston”un basketbolçusu Ceyson Teytum NBA-nın tarixinə düşüb. Hücumçu karyerası ərzində toplanan xalların sayını 10000-ə çatdırıb.
Ceyson buna “Bruklin”lə matçda nail olub. Teytum bu rəqəmə ən tez çatan basketbolçudur.
O, 25 yaşında bunu bacarıb. Daha öncə rekord Antuan Uokerə məxsus idi. O, 26 yaş 131 günlüyündə 10000-ci xalını yığıb.