Tevez “Rosario”nun baş məşqçisi oldu
Argentina millisinin sabiq futbolçusu Karlos Teves baş məşqçi olub. O, “Rosario Sentral” klubunda müvafiq vəzifəyə gətirilib.
“Mançester Siti” və “Mançester Yunayted”in sabiq oyunçusu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. Qeyd olunur ki, Karlos Teves hələ lazımi məşqçilik kurslarını bitirmədiyi üçün rəsmi protokollarda o, klubun baş məşqçisi kimi göstərilməyəcək.