Terim yenidən “Qalatasaray”a dönə bilər
Fatih Terim yenidən “Qalatasaray”ın baş məşqçisi ola bilər. İstanbul klubunun yeni prezident seçkilərindən sonra təcrübəli mütəxəssisi komandaya qaytarmaq ehtimalı var.
İdarə Heyətinin üzvləri sırasında yer alan sabiq prezident Dursun Özbek ve sabiq vitse-prezident Abdurrahim Albayrak növbəti seçkiyə bir namizədlə çıxmağı qərara alıblar. Onlar baş məşqçi postunda 69 yaşlı mütəxəssisi görmək istəyirlər.
Qeyd edək ki, Terim 1996 – 2000, 2002 – 2004, 2011 – 2013 və 2017 – 2021-ci illərdə “Qalatasaray”a rəhbərlik edib. Hazırda “sarı-qırmızılar”ın baş məşqçisi ispaniyalı Domenek Torrendir.