Terim Səudiyyə Ərəbistanı yolunda

Terim Səudiyyə Ərəbistanı yolunda

Fatih Terim karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. “Əl-Şabab” klubu təcrübəli mütəxəssisə rəsmi təklif göndərib.

Hazırda tərəflər arasında aparılan danışıqların müsbət istiqamətdə irəlilədiyi bildirilir.

Terim, İngiltərənin “Vulverhempton” klubuna yollanan baş məşqçi Vitor Perreyranın yerini doldura bilər. Hazırda “Əl-Şabab” Səudiyyə Ərəbistanı Pro Liqasında 23 xalla 6-cı sırada yer alır.

ETOPAZ

Əvvəlki yazı

Zubimendi “Real”ın hədəfində

Növbəti yazı

“Napoli”nin Xviça planı