Ter-Şteqen “Barselona” ilə razılığa gəldi
“Barselona” qapıçısı Mark-Andre Ter-Şteqenlə müqaviləni uzadacaq. İspaniya klubu Almaniya millisinin üzvü ilə razılıq əldə edib.
Bir neçə həftə sürən danışıqlar uğurla yekunlaşıb. Tərəflər yaxın günlərdə yeni müqavilə imzalayacaq.
Yeni anlaşma 2028-ci ilədək nəzərdə tutulub. 31 yaşlı qolkiper ilk 2 il üçün maaşının bir hissəsindən imtina etməyə razı olub.
Qeyd edək ki, Ter-Şteqen 2014-cü ildən Barselonanın eyniadlı klubunda çıxış edir.