Ter Ştegendən yeni göstərici
“Barselona” İspaniya çempionatının 7-ci turu çərçivəsində səfərdə “Malyorka” ilə qarşılaşıb. Kataloniyalılar rəqib üzərində qələbə qazanıb – 1:0.
Kataloniya klubunun qapısını Mark-Andre Ter Ştegen qoruyub. Oyunun 56-cı dəqiqəsində almaniyalı qolkiper qol buraxmadan ardıcıl 500 dəqiqəyə çatıb. Bu da onun 2014-cü ildə “Barselona”da oynamağa başladığı vaxtdan bəri şəxsi ən yaxşı göstəricisidir.