Ter Ştegen rəsmən “Jirona”da

Ter Ştegen rəsmən “Jirona”da

“Barselona” qapıçısı Mark-Andre ter Ştegeni icarəyə verib. Alman qolkiper mövsümün sonuna kimi “Jirona”nın formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir. O, bu mövsüm cəmi bir oyunda meydanda olub.

Qeyd edək ki, “Barselona” müqavilədə Ter Ştegenin katalonlara qarşı oyunlarda oynamasına mane olan bəndin olmasını istəyib.

ETOPAZ

Əvvəlki yazı

“Karvan-Yevlax”da üç ayrılıq

Növbəti yazı

Qriliş sıradan çıxdı