Ter Ştegen məşqlərə başladı
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin durumu ilə bağlı yenilik baş verib. Bərpa prosesi keçən futbolçu meydanda məşqlərə başlayıb.
Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Qolkiper diz qapağı vətərinin ciddi zədələnməsindən sonra ilk dəfə meydana çıxıb.
Qeyd edək ki, 32 yaşlı almaniyalı qolkiper bu mövsüm bütün turnirlərdə yeddi oyunda iştirak edib.