Ter Ştegen əməliyyat oluna bilər
“Barselona”da ciddi itki yaşanır. Komandanın qapıçısı Mark-Andre Ter Ştegen ardıcıl üçüncü matçı da buraxıb.
O, belindəki zədədən əziyyət çəkir. Futbolçu hazırda fiziki müalicə və istirahətdən ibarət konservativ müalicə alır.
Ter Stegenin “Barselona”nın növbəti oyununu da buraxacağı bildirilir. Bu gün klubun həkimləri əməliyyatın lazım olub-olmayacağına qərar verəcək.