Ter Ştegenə Ərəbistandan müştəri
“Barselona”da ayrılıq baş verə bilər. Komandanın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Onun xidmətində “Əl İttihad” maraqlıdır. Ərəblər ter Ştegeni mövsümün sonunda komandaya cəlb etmək arzusundadır. Klubun idman direktoru Ramon Planes əvvəllər “Barselona”da işləyib və qapıçının ustalığına yaxşı bələddir.