Tennis millimiz yarımfinalda

Tennis millimiz yarımfinalda

Tennis üzrə Azərbaycan yığması Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” IV qrupunda turnirində iştirak edir. Komandanın heyətində Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov yer alıb.

4-cü qrupda mübarizə aparan millimiz Andorra və San Marino təmsilçilərinə qalib gəlib. Hər iki rəqibinə 3:0 hesabı ilə qalib gələn milimiz qrup lideri kimi yarımfinala yüskəlib.

Qeyd edək ki, komandamız yarımfinalda digər qrupun ikincisi Lixtenşteynlə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 14.06.2025

Növbəti yazı

“Şamaxı”da ayrılıq