Ten Haqın “Mançester Yunayted”dəki maaşı bəlli oldu
Yeni mövsümdən “Mançester Yunayted”i çalışdıracaq Erik Ten Haqın maaşı bəlli olub. Niderlandlı mütəxəssis hazırda baş məşqçisi olduğu “Ayaks”dakından iki dəfə çox qazanacaq.
52 yaşlı çalışdırıcı ildə 11 milyon avro maaş alacaq. 2025-ci ilədək üç illik müqavilə imzalayan Ten Haq bu müddətdə 33 milyon avro əldə edəcək.
Bu məbləğ uğurlu nəticələrə görə veriləcək bonuslar hesabına daha da arta bilər. Əgər 3+1 illik anlaşmanın uzadılma bəndi aktivləşdirilsə, niderlandlı daha yüksək maaş alacaq.