Ten Haqa vaxt verildi
“Mançester Yunayted”in uğursuz çıxışı davam edir. Komanda dünən “Qalatasaray”a uduzub – 2:3.
Lakin bu durum Erik ten Haqın postunu sarsıdmayıb. “Qırmızı şeytanlar” rəhbərliyi niderlandlı mütəxəssisə inanır və onun uzunmüddətli perspektivdə komandanı yeni səviyyəyə qaldırmağa qadir olduğunu düşünür. Ten Haqın klubdakı mövqeyi sarsılmaz hesab olunur.