Ten Haq mövsümün sonunu gözləyir
“Mançester Yunayted”in futbolçuları Viktor Lindelef və Skott Maktominayın taleyinə mövsümün sonunda aydınlıq gələcək. Baş məşqçi Erik Ten Haq onlarla qərar vermək üçün mövsümün bitməsini gözləyir.
Viktor “İnter”lə “Atletiko”nun maraq dairəsindədir. İsveçli müdafiəçi cari mövsümdə 21 oyun keçirib.
Maktominay isə “Nyukasl”ın transfer siyahısında yer alıb. Şotlandiyalı yarımmüdafiəçi 32 görüşdə 2 qol vurub.