Ten Haq Maquayrı təriflədi
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayrın “Vest Hem”lə oyundakı (1:0) çıxışından danışıb. Mütəxəssis onun performansını bəyəndiyini qeyd edib:
“O, cərimə meydançasında mükəmməl müdafiə olunurdu. O, yaxşı oyunçudur və həqiqətən də möhkəm müdafiəçidir. Onun komanda üçün nə qədər vacib olduğunu gördük.
Əlbəttə ki, nəticə üçün xoşbəxtəm. Lakin onun qapının toxunulmaz saxlanılmasında əsas pay sahiblərindən biri Harri Maquayr xüsusi təriflərə layiqdir”.