Ten Haq “Mançester Yunayted”lə razılaşdı
“Ayaks”ın baş məşqçisi Erik ten Haq “Mançester Yunayted”in sükanı arxasına keçməyə razılıq verib. 52 yaşlı mütəxəssis Premyer Liqa klubuna tələblərini açıqlayıb.
Niderlandlı məşqçi klubun transfer strategiyasında tam hüquqa malik olmaq istəyir. Bu şərtə futbolçuların alınması və satışı, həmçinin müqavilələrin yenidən imzalanması daxildir. Eyni zamanda, yeni transferlər onun ideyalarına tam uyğun gəlməlidir.
Daha əvvəl bildirilib ki, “Mançester Yunayted” mövsümün sonunda transferlərə böyük məbləğdə pul ayıracaq.