Ten Haq “Mançester Yunayted”də qalacaq
“Mançester Yunayted” baş məşqçi Erik Ten Haqa yeni müqavilə təklif edəcək. Klubun sahiblərinin dəyişməsi də bu qərara təsir etməyəcək.
Niderlandlı mütəxəssislə hazırki müqavilənin müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq. Ten Haqla yeni razılaşma 2027-ci il iyunun sonunadək nəzərdə tutulub.