Ten Haq futbolçuları cəzalandıracaq

Ten Haq futbolçuları cəzalandıracaq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 26-cı turunda “Liverpul”a 0:7 hesabı ilə uduzduqdan sonra paltardəyişmə otağında əsas komandanın futbolçuları ilə emosional söhbət edib. O, belə uğursuz çıxışdan sonra futbolçuların Mançesterə azarkeşlərlə birlikdə deyil, komanda avtobusunda qayıtmasının şanslı olduğunu deyib.

Ten Haq həmçinin, xəbərdarlıq edib ki, belə çıxış təkrarlanmamalıdır. Bu hal bir daha yaşanarsa, futbolçular İngiltərə klubunun əvəzedici komandasına keçəcəklər.

ETOPAZ

Əvvəlki yazı

Petroviç İngiltərə klublarının hədəfində

Növbəti yazı

De Xea komandada qalacaq