Ten Haq “Borussiya”nın hədəfində
“Borussiya” baş məşqçisi Nuri Şahinlə yollarını ayıra bilər. Bunun səbəbi komandanın cari mövsümdə əldə etdiyi uğursuz nəticələrdir.
Erik Ten Haq Nurinin yerinə əsas namizəddir. Klub rəhbərliyi onunla yaxından maraqlanır.
Qeyd edək ki, “Borussiya” ötən gün Bundesliqanın 16-cı turunda “Holştayn”a 2:4 hesabı ilə uduzub.