Telles “Əl-Nəsr”in transfer siyahısında
“Əl-Nəsr” daha bir ulduzu heyətinə qatmağa qərar verib. Səudiyyə Ərəbistanı klubu Aleks Tellesə elçi düşüb.
Asiyalılar transfer qadağası ilə üzləşsə də, bu keçidin həllinə ümid edir. “Mançester Yunayted”in üzvü ilə danışıqlara start verilib.
30 yaşlı braziliyalı ötən mövsümdə “Sevilya”da icarədə olub.