Tçuameni zədələndi
“Real”da ciddi itki baş verib. Komandanın yarımmüdafiəçisi Orelyen Tçuameni zədələnib.
O, La Liqanın 11-ci turunun “Barselona” ilə oyununda (2:1) xəsarət alıb. Bunu Madrid klubunun mətbuat xidməti açıqlayıb. Fransalıya ikinci ayaq sümüyünün sınığı diaqnozu qoyulub. Tçuameninin zədədən sağalması iki aya qədər çəkə bilər.