Tayrizdən klub rekordu
Pley-offun ilk oyununda “Toronto”nu qəbul edən “Filadelfiya” qələbə qazanıb. Meydan sahibləri 20 xallıq fərqlə sevinib – 131:111.
Bu qələbədə Tayriz Maksi əsas pay sahiblərindən olub. 38 dəqiqə meydanda olan basketbolçu 38 xal toplayıb.
Maksi üçüncü hissədə 21 xal toplayıb. Bu, son 25 il üçün “Filadelfiya”da ikinci göstəricidir.
21 yaşlı basketbolçu klub tarixinə rekordla da düşüb. O, pley-offda 30 və ya daha çox xal yığan ən gənc “Filadelfiya”lı olub.