Tayriz Maksi klub tarixinə düşdü
Basketbolçu Tayriz Maksi “Filadelfiya”nın klub rekordlarından birini yeniləyib. O, “Siksers” tarixində ardıcıl iki oyunda 30 xal qazanan ən gənc oyunçu olub.
Tayriz cümə axşamı “Toronto”ya qarşı 33, çərşənbə axşamı isə “Miluoki”yə qarşı 31 xal yığıb. Buna baxmayaraq, “76-lar” hər iki halda məğlubiyyətlə üzləşiblər.