Tavareş “Əl-İttihad”ın hədəfində
“Latsio”nun müdafiəçisi Nunu Tavareş komandanı tərk etmək üzrədir. O, karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
“Əl-İttihad” portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
İtaliya klubu Tavareşi satmağın əleyhinə deyil. Onlar 25 yaşlı sol cinah müdafiəçisinin satışından 20-25 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.










