Tarixin 13-cüsü

Tarixin 13-cüsü

“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Elmar Baxşıyevin yetirmələri Azərbaycan Premyer Liqasının XVII turunun “Sabah”la ev matçında 0:1 hesabı ilə uduzublar.

Naxçıvan təmsilçisi sonuncu dəfə avqustun 2-də “Qarabağ”a 1:4 hesabı ilə məğlub olmuşdu. 134 gündən sonra uduzan komanda bu müddətdə 15 qarşılaşmada 12 qələbə qazanıb və 3 heç-heçə edib.

Klub tarixinin rekorduna imza atan “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ən azı 15 oyun uduzmayan 13-cü komanda olub. Bu, 37-ci belə seriyadır.

ETOPAZ

Əvvəlki yazı

“Şəki”dən səfər qələbəsi

Növbəti yazı

Səfərdə 40-cı qələbə