Tarixdə ikinci dəfə
AVRO-2024 nadir hadisə ilə əlamətdar olub. Danimarka və Sloveniya qrup mərhələsində üç heç-heçə ilə 1/8 finala yüksəlib.
Bunadək yalnız bir dəfə eyni komanda qrupda qələbə və məğlubiyyət görmədən mərhələ adlayıb. Belə hadisə Fransada keçirilən AVRO-2016-da yaşanıb.
Həmin vaxt Portuqaliya qrupdan üç sülhlə çıxıb. 8 il əvvəl Kriştiano Ronaldo və komandası sonda qitə çempionu adını qazanıb.
Qeyd edək ki, Sloveniya və Danimarkanın yer aldığı qrupun 6 oyunundan beşində bərabərlik qeydə alınıb.