Tarixdə 5-ci
Novak Cokoviç Romadakı “Masters”in finalına yüksəlib. Dünyanın birinci raketkası yarımfinalda Kasper Ruuda qalib gəlib – 6:4, 6:3.
“Böyük dəbilqə”lərin 20 qat çempionu bununla da karyerasında 1000-ci qələbəsini qazanıb. Cokoviç 1000 və daha çox qələbə əldə edən 5-ci tennisçi kimi tarixə düşüb.
1. Cimmi Konnors – 1274
2. Rocer Federer – 1251
3. İvan Lendl – 1068
4. Rafael Nadal – 1050
5. Novak Cokoviç – 1000