Tarixdə 4-cü dəfə
Qadın tennisçilərin yekun turnirində yarımfinal oyunları keçirilib. Arina Sobolenko İqa Şventeklə qarşılaşıb.
6:2, 2:6, 6:1 hesabı ilə qalib gələn belaruslu tennisçi “WTA Finals”ın finalına yüksəlib. Arina turnirin gedişində “Top-3”də yer alan hər üç tennisçiyə qalib gəlib. O, qrupda Ons Jaberlə Cessika Pequlanı, yarımfinalda İqanı məğlub edib.
Sobolenkoya qədər yalnız üç tennisçi – Şteffi Qraf, Vinus Uilyams və Serena Uilyams eyni turnirdə reytinqin üç ən yaxşısını üstələyə bilib. Arina tarixdə bunu bacaran 4-cü tennisçi olub.