Tarixdə 2-ci dəfə

Tarixdə 2-ci dəfə

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edən “Turan Tovuz” antirekordunu təkrarlayıb. Kurban Berdıyevin baş məşqçisi olduğu komanda 1:4 hesabı ilə uduzub.

Bu, Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib. 

“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada 100-cü, evdə 50-ci

Növbəti yazı

Tovuzda yeni rekord