Tarixdə 10-cu, mövsümdə ilk

Tarixdə 10-cu, mövsümdə ilk

“Sumqayıt” Az’rbaycan Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb. Bu, XXVI turun “Kəpəz”lə ev oyununa təsadüf edib. Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixində Premyer Liqadakı yubiley – 10-cu böyükhesablı qələbədir. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb.

“Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. “Gənclik şəhəri” təmsilçisi səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”da yeni müqavilə

Növbəti yazı

Premyer Liqada 100-cü oyun