Taremi “İnter”in maraq dairəsində
“Porto”nun futbolçusu Mehdi Taremi komandanı tərk edə bilər. O, “İnter”in maraq dairəsinə düşüb.
İtaliya klubu iranlı futbolçunu heyətinə qatmağı planlaşdırır. Lakin milanlılar ciddi problemlə üzləşib. Belə ki, “Tottenhem”də Tareminin xidmətində maraqlıdır. 24 milyon avroluq təklifi yetərli olmayan London təmsilçisi hücumçudan əl çəkmək fikrində deyil.