“Tander”dən rekord
“Oklahoma” “Hyuston”la qarşılaşıb. Məhsuldar keçən görüşdə “Tander” qalib gəlib – 153:121.
Şey Qildjes-Aleksander komandasının qələbəsinə 42 xalla töhfə verib. O, 4 ribaund, 6 ötürmə, 3topalma, 2 blok-şota da imza atıb.
Bununla da “Oklahoma” klub tarixində rekord vurub. Bu matçadək “Tander” bir matçda bu qədər xal yığmamışdı. Komandanın əvvəlki rekordu “Boston”la ötən ay keçirilən qarşılaşmada qeydə alınmışdı – 150 xal.