Tadiç yığma ilə vidalaşdı
“Fənərbaxça”nın futbolçusu Duşan Tadiç qərarını açıqlayıb. O, Serbiya millisindəki karyerasını başa vurub.
35 yaşlı yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi 111 oyunla mütləq rekordçudur. O, ilk dəfə 2008-ci ildə Serbiya yığmasının formasını geyinib və bu matçlarda 23 qol vurub.