Ta “Barselona”nın hədəfində
“Bayer”in müdafiəçisi Conatan Ta karyerasını İspaniyada davam etdirməyə yaxındır. “Barselona” 28 yaşlı futbolçunu heyətinə cəlb etmək niyyətindədir.
Kataloniyalılar artıq onunla razılığa gəliblər. Oyunçu yayda azad agent kimi “Barselona”ya transfer olacaq.
Qeyd edək ki, Conatan Ta bu mövsüm Almaniya təmsilçisinin heyətində çıxdığı 21 rəsmi matçda 1 qol ilə yadda qalıb.