Sxadadze üçün ağır cəza

Sxadadze üçün ağır cəza

“Qəbələ” komandasının baş məşqçisi Kaxaber Sxadadze dörd oyunluq cəzalanıb. Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna mütəxəssisin Azərbaycan Premyer Liqasının XVI turunda, “Qarabağ”la matçda (1:2) hakimləri təhqir etməsi səbəb olub. “Qırmızı-qaralar” bu səbəbdən 10 min manat cərimələnib.

“Qəbələ” matçda dörd nəfər sarı vərəqə aldığı üçün 700, “Qarabağ” isə azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 5000 manat ödəməli olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”da ayrılıq

Növbəti yazı

Premyer Liqa klubları cəzalandırıldı